Qlobal Ərzaq təhlükəsizliyi indeksində (mövcudluq subindeksi üzrə) Azərbaycanın mövqeyinin qiymətləndirilməsi və yaxşılaşdırılması yollarının araşdırılması

Post image

Vüqar Kərimli
İqtisad üzrə fəlsəfə doktoru
AMEA İqtisadiyyat İnstitutu,
böyük elmi işçi

E-mail: [email protected]

Giriş
Qlobal Qida Təhlükəsizliyi İndeksi - qida təhlükəsizliyi insanların hər zaman sağlam və aktiv bir həyat üçün pəhriz ehtiyaclarını ödəyən kifayət qədər və qidalı qidaya fiziki, sosial və iqtisadi imkanları olan bir vəziyyət olaraq təyin olunur.
Ərzaq təhlükəsizliyinin, eyni zamanda ölkənin milli ərzaq müstəqilliyinin təmin edilməsini şərtləndirən amillər mövcuddur ki, bunlara da aşağıdakılar aid edilir: - ölkədə ərzaq və yeyin­ti məhsullarının istehsal səviyyəsi; - qida məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi; - qida məhsullarının qiymətliliyinin səviyyəsi; - ölkə əhalisinin alıcılıq qabiliyyəti; - əhalinin gəlirləri və əməkhaqqının orta aylıq səviyyəsi; - dövlət tərəfindən aztəminatlı əhali təbəqələrinə verilən güzəştlər və müavinətlər; - dövlətin ərzaq resursları.
Ərzaq təhlükəsizliyi - ərzaq çatışmazlığı təhlükəsi ilə bağlıdır. Hələ 200 il bundan əvvəl ingilis iqtisadçı Tomas Robert Maltus (1766 - 1834) 1798 - ci ildə “əhali qanunu haqqında təcrübə” adlı əsər yazaraq, anonim ad ilə nəşr etdirmişdir. O göstərirdi ki, hər 25 ildən bir əhalinin sayı 2 dəfə (həndəsi silsilə üzrə) artdığı halda əhali üçün yaşayış vasitələri ədədi silsilədə olduğundan tez arta bilməz. Beləliklə o, ərzaq məhsullarının çatışmazlığını təbii hal hesab edirdi. Maltus əhali artımı ilə ərzaq çatışmazlığı ilə bağlı olaraq xəstəlikləri, müəyyən nöqsanları, müharibələri qanunauyğun hesab edir­di. Maltusun fikirləri özünü tam doğrultmasa da, hər halda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatının quruluşunda dəyişiklik aparılması, islahatlar keçirilməsi, bəzi ölkələrdə əhali artımı barədə yeni siyasət yeridilməsi və bu kimi problemlərə olan məsuliyyəti artırmışdır.[2]
Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi Ingiltərənin “The Economist” jurnalı tərəfindən layihələndirilmiş, hesablanmış və tərtib edilmişdir. “The Economist” Intelligence Unit məlumatların toplanması, analizi və proqnozlaşdırılması daxil olmaqla, bütün məzmuna dair tam mənzərəni ortaya qoymağa çalışmışdır.
Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi, 1996-cı ildə Dünya Qida Sammitindən sonra 113 ölkədən ibarət olan ölkələr qrupu üzrə ərzaq məhsullarının mövcudluğu və yetərliliyi, və keyfiyyəti kimi əsas məsələləri nəzərdən keçirir. İndeks həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrdəki ərzaq təhlükəsizliyinin 26 göstəricisi əsasında kəmiyyət və keyfiyyət balı kimi müəyyən edilir. Tədqiqat üzrə ən yüksək bal 100(yüz) baldır. Tədqiqatın ümumi məqsədi, ölkələrə əlverişliliyi, mövcudluğu, keyfiyyəti və təhlükəsizliyi ilə ərzaq təhlükəsizliyinə ən az və daha az həssas olanları qiymətləndirməkdir.
Ərzaq təhlükəsizliyi hər zaman insanların sağlam və aktiv həyatları üçün olduqca vacibdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatının İnkişafına dair Strateji yol xəritəsində ərzaq təhlükəsizliyinin dayanıqlılığını təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi məqsədilə konkret hədəflər müəyyən edilmişdir. Eyni zamanda əhalinin müxtəlif təbəqələrinin ərzağa əlyetərliyi səviyyəsi və buna təsir edən amillərin qiymətləndirilməsi məqsədilə tədbirlər planı hazırlanmışdır.[3]
Bu hədəflərə çatmaq Ərzaq təhlükəsizliyi reytinqində mövqeyimizin yüksəldilməsi deməkdir.
Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini - əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur.
Ölkənin milli ərzaq müstəqilliyinin təmin edilməsini şərtləndirən əsas amillər aşağıdakılar aid edilir:
- ölkədə ərzaq və yeyinti məhsullarının istehsal səviyyəsi;
- qida məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi;
- qida məhsullarının qiymətliliyinin səviyyəsi;
- ölkə əhalisinin alıcılıq qabiliyyəti;
- əhalinin gəlirləri və əməkhaqqının orta aylıq səviyyəsi;
- dövlət tərəfindən aztəminatlı əhali təbəqələrinə verilən güzəştlər və müavinətlər;
- dövlətin ərzaq resursları.
Hər bir ölkədə ərzaq təhlükəsizliyi probleminin həlli ölkədə yoxsulluğun azaldılmasına, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin yüksəlməsi ilə bağlıdır.
Hesabatı hazırlayan təşkilat ölkələr üzrə ərzaq təhlükəsizliyi indeksini 3 əsas kateqoriya üzrə hesablamışlar. 1.Əlçatanlıq 2.Mövcudluq 3.Keyfiyyət və təhlükəsizlik.
1.Affordability - Əlçatanlıq (Uyğunluq) - iştirakçıların qida məhsullarını almaq qabiliyyəti, qiymət şoklarına qarşı həssaslığı və iqtisadiyyatda təlatümlər, böhranlar baş verdikdə istehlakçılara dəstək verəcək proqramlar və sosial siyasətlərin mövcudluğu ilə ölçülür.
Bu subindeks üzrə reytinqdə Azərbaycan 61 balla 54 cü yerdə qərarlaşmışdır. Bu subindeksin ərzaq təhlükəsizliyi indeksində çəkisi 40%-dir. [1]
2. Availability - Mövcudluq - milli ərzaq tədarükünün yetərliliyini, tədarükün pozulma riskini, qidanı istehlakçılara çatdırmaq üçün milli qabiliyyət və kənd təsərrüfatında məhsul istehsalını artırmaq üçün elmi tədqiqat işlərini ölçür.
Mövcudluq həm də keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsullarının hazır olması, ölkə səviyyəsində ərzaq mövcudluğu ehtiyatlar, idxal, humanitar yardımlar və yerli istehsaldan əldə edilən məhsulları özündə əks etdirir.
Bu subindeks üzrə reytinqində Azərbaycan 61 balla 51-ci yerdədir. Bu subindeksin ərzaq təhlükəsizliyi indeksində xüsusi çəkisi 44%-dir.[1]
3. Quality & Safety - Keyfiyyət və təhlükəsizlik - Orta qida dietlərinin müxtəlifliyi və qidalanma keyfiyyəti, həmçinin qida təhlükəsizliyini ölçür.
Bu subindeks üzrə reytinqdə isə ölkəmiz 43,4 balla 86-cı yerdədir. Bu subindeksin də əsas indeksə təsiri 16%-dir.[1]
Uyğunluq metodologiyası - iştirakçıların qida məhsullarını almaq qabiliyyəti, qiymət şoklarına qarşı həssaslığı və iqtisadiyyatda təlatümlər, böhranlar baş verdikdə istehlakçılara dəstək verəcək proqramlar və sosial siyasətlərin mövcudluğu ilə ölçülür.
Mövcudluq metodologiyası - milli ərzaq tədarükünün yetərliliyini, tədarükün pozulma riskini, qidanı istehlakçılara çatdırmaq üçün milli qabiliyyət və kənd təsərrüfatında məhsul istehsalını artırmaq üçün elmi tədqiqat işlərini ölçür.
Keyfiyyət və təhlükəsizlik metodologiyası - Orta qida dietlərinin müxtəlifliyi və qidalanma keyfiyyəti, həmçinin qida təhlükəsizliyini ölçür.
Qlobal ərzaq təhlükəsizliyi indeksi kimi Təşkilat bu metodologiya ilə Azərbaycana reytinq cədvəlində 113 ölkə arasında 56-cı yer vermişdir.
Bu reytinqdə Azərbaycanın güclü və zəif tərəfləri vardır.
Güclü tərəflər:
1.Qlobal yoxsulluq həddində əhalinin nisbəti-100
2.Qida təhlükəsizliyi proqramlarının mövcudluğu-100
3.Qida zərər-95,3
4.Kənd təsərrüfatı istesalının dəyişkənliyi-94,3
5.Qida təhlükəsizliyi-89,0
6.Əkinçilik idxal tarifləri-78,3
7.Təchizatın yetərli olması-77,2
8.Fermerlərə maliyyələşmə imkanları-75,0
Zəif tərəflər:
1.Kənd təsərrüfatı Ar-Ge ,yə dövlət xərcləri-0
2.Əhalinin adambaşına ümum daxili məhsul(ABŞ$ PPP)-13,1
3.Siyasi sabitlik riski-17,6
Qlobal ərzaq təhlükəsizliyi indeksi 4 subindeks əsasında formalaşmışdır.
1.Affordability- Əlçatanlıq subindeksi
2.Availability-Mövcudluq subindeksi
3.Quality & Safety-Keyfiyyət vəTəhlükəsizlik
4.Natural Resources & Resilience-Təbii ehtiyatlar və Davamlılıq

Availability-Mövcudluq subindeksi
Mövcudluq – keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsularının hazır olması, ölkə səviyyəsində ərzaq mövcudluğu ehtiyatlar, idxal, humanitar yardımlar və yerli istehsaldan əldə edilən məhsulları özündə əks etdirir.
Bu subindex 2018-ci ildə 113 ölkə üzrə hesablanıb.

İndiqatorlar:
1. Public expenditure on agricultural R&D – Aqrar tədqiqat və işləmələrə dövlət xərcləri.
2. Urban absorption capacity – Urbanizasiya potensialı.
3. Food loss – Ərzaq itkisi.

Mövcudluq subindeksi qlobal qida təhlükəsizliyi indeksindeki payı 44.0 %dir.
Dövlet xərcler-8.1%
Urban absorption-9.9%
Food loss-12.6%
Qeyd olunanlar isə mövcudluq subindeksindeki paylarıdır.
1) Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri
Hökümətin kənd təsərrüfatında tədqiqat və inkişafa xərclədiyi bir tədbir Kənd təsərrüfatına dair elmi – tədqiqat işləri üçün xərclər bazar səmərəliliyi və girişi artıran kənd təsərrüfatıyeniliyi və texnologiyası üçün proksidir.
2) Şəhər udma qabiliyyəti
ÜDM (real dəyişikliyi %) şəhər artım tempini çıxmaqla
Həqiqi ÜDM artım tempi şəhər artım tempindən azdır; Urbanizasiyanın yaratdığı stresləri udmaq və yenə də ərzaq təhlükəsizliyini təmin etmək üçün bir ölkənin qabiliyyəti.
3) Qida itkisi
Ümumi tullantılar/ümumi daxili tədarük miqdarı (ton)
Bitki, heyvandarlıq və balıq mallarının ümumi daxili tədarükünə (istehsal, xalis idxal və ehtiyat dəyişiklikləri) nisbət olaraq məhsul yığımından sonrakı və istehlakdan əvvəlki ərzaq itkisi, ölçüsü, ton.
Azərbaycan (56) / 58.2 bal
a) Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri
Azərbaycan – 1 – 0% - 15.6 %
Dünya orta – 2.2 – 0% - 15.6 %
Orta səviyyədən fərq
b) Şəhər udma qabiliyyəti
Azərbaycan – (2.14) – 62.8 % (- 14.1 %)
Dünya orta – 0.9 –62.8 % (- 14.1 %)
c) Qida itkisi
Azərbaycan – 2.1 – 95.3 % (+10.4 %)
Dünya orta – 5.6 – 95.3 %(+10.4 %)
1) Russiya (42) / 67 bal
a) Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri
Rusiya – 2 – 12.5 % (- 3.1 %)
Dünya orta – 2.2 – 12.5 % (- 3.1 %)
Xərclər artdıqca (+) bu yaxşı göstəricidir.
b) Şəhər udma qabiliyyəti
Rusiya – 0.68 – 75.8 % (- 1.1 %)
Dünya orta – 0.9 – 75.8 % (- 1.1 %)
1) Qida itkisi
Rusiya – 2 – 95.5 % (+ 10.6 %)
Dünya orta – 5.6 – 95.5 % (+ 10.6 %)
2) Qazaxıstan (57) / 57.7 bal
a) Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri
Qazaxıstan – 1 – 0% - 15.6 %
Dünya orta – 2.2 – 0% - 15.6 %
b) Şəhər udma qabiliyyəti
Qazaxıstan – 1.4 – 79.3 % - (+2.4 % )
Dünya orta – 0.9 – 79.3 % - (+2.4 % )
Şəhər udma qabiliyyətində fərq artdıqca yəni bu göstəricidir.
c) Qida itkisi
Qazaxıstan – 5.5– 85.3 % - (+0.4 % )
Dünya orta – 5.6 – 85.3 % - (+0.4 % )
Ümumi müqayisə 113 ölkədir.
3) Özbəkistan (80) / 45,9 bal
a)Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri
Özbəkistan – 1 – 0% - 15.6 % Dünya orta – 2.2 – 0% - 15.6 %
b) Şəhər udma qabiliyyəti
Özbəkistan – 2.1 – 82.5% - (+5.6 % )
Dünya orta – 0.9 – 82.5% - (+5.6 % )
c) Qida itkisi
Özbəkistan – 2.2– 94.9 % - (+10 % )
Dünya orta – 5.6 – 94.9 % - (+10 % )
4) Tacikistan (91) / 40,7 bal
a)Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri
Tacikistan– 2 – 12.5 % - (-15.6 %)
Dünya orta – 2.2 – 12.5 % - (-15.6 %)
b) Şəhər udma qabiliyyəti
Tacikistan – 2.1 – 82.5 % - (+5.6 % )
Dünya orta – 0.9 – 82.5 % - (+5.6 % )
c) Qida itkisi
Tacikistan – 3.5 – 91.1% - (+6.2 % )
Dünya orta – 5.6 – 1 % - (+6.2 % )

1) Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri

2) Şəhər udma qabiliyyəti

3) Qida itkisi

Nəticə
İndekslərlə işləyən təşkilat 113 ölkənin göstəricilərini təhlil etmiş və konkret nəticəyə gəlmişlər. Təxminən 50-yədək ölkə isə bu rey­tinq cədvəllərindən kənarda qalmışdır. Ona görə də reytinqdə ayrı-ayrı subindeks, indikatorlar və subindikator göstəricilərində ki, orta göstərici əhəmiyyətini itirmiş olur, çünki ölkələr üzrə orta rəqəm dünya üzrə orta rəqəm deyil. Ona görə də müqayisə uğurlu alınmır. Kənarda qalan ölkələrin də bu hesabata cəlb edilməsi məqsədə uyğun olardı.
Kənd təsərrüfatı elmi – tədqiqat işlərinə dövlət xərcləri indikatorunda vəziyyətimizi daha da yaxşılaşdırmaq və mövqeyimizi yüksəltmək üçün dövlət bu sahəyə ayrılan maliyyə vəsaitlərini artırmalı, elmi yeniliklər istehsalata tədbiq olunmalı, uzun müddətli kreditlər verilməli. Bildirmək istəyirəm ki, ölkənin qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün investisiyalara böyük ehtiyacı var. Onuda qeyd etmək istəyirəm ki, heyvandarlıqda məhsuldarlığı artırmaq üçün yeni cins heyvanların yetişdirilməsi və müasir tələblərə cavab verən suni mayalanma məntəqələrinin yaradılmasına həmçinin məhsuldar bitki növlərinin yetişdirilməsi və onkarın rayonlaşdırılması həyata keçirilməlidir. [4]
Qida itkisi indikatorunda isə vəziyyətimizi daha da yaxşılaşdırmaq və mövqeyimizi yüksəltmək üçün ölkəmizdə yeni texnologiyalarla təhciz olunmuş saxlanma yerləri və Hipermarketlər təşkil edilməlidir.
Şəhər udma qabiliyyəti indikatorunda ölkəmizin vəziyyətini yaxşılaşdırmaq üçün rayon və kəndlərmizdə yeni infrastruktur layihələrini həyata keçirilməli yeni müəssisələr yaradılmalı buda öz növbəsində əhalinin maddi rifahına müsbət təsir göstərərək ərzaq təhlükəsizliyinin təmin olunmasında müsbət rol oynaya bilər.

Açar sözlər: qlobal ərzaq təhlükəsizliyi, indeks, subindeks, indikator, ərzaq mövcudluğu, ərzaq itkisi, qida, urbanizasiya potensiyalı.

Ədəbiyyat siyahısı
1. www.foodsecurityindex.eiu.com
2.Tomas Maltus 1798 - ci ildə “Əhali qanunu haqqında təcrübə”
3.“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol xəritəsi” www.prezident.az. 7.7.1 Prioritet 7.7 2016-cı il
4.i.e.d.prof.R.Iskəndərov, i.f.d. M.Güləliyev, tədqiqatçı O.Nəsirova “Ərzaq təhlükəsizliyinin əsas amillərinin qiymətləndirilməsi”. Rusiya Kənd Təsərrüfatı və Sosial İqtisadi Elmlər jurnalı. Elmi məqalə. DOI https://doi.org/ 10.18551/rjoas.2016-10.15

Ph.D Kerimli.V.B.
Summary
The purpose of the study: The article examines and analyzes the indicators of the Global Food Security Index compiled by the British magazine The Economist, as well as the accessibility sub-index, which is the main sub-indicator of the index, and its indicators. suggestions were made.
Research methodology: Analytical analysis of Global Food Security Index indicators, statistics, comparison, observation.
The results of the study: the need to improve the level of the availability sub-index was indicated, and recommendations were given to strengthen the country's position on this indicator.

Keywords: global food security, index, sub-index, indicator, food availability, food loss, food, urbanization potential.

д.ф.е. Керимли В.Б.
Резюме
Цель исследования: в статье исследуются и анализируются показатели Глобального индекса продовольственной безопасности, составляемого британским журналом The Economist, а также субиндекс доступности, который является основным субиндексом индекса, и его индикаторы. были внесены предложения.
Методология исследования: Аналитический анализ показателей Глобального индекса продовольственной безопасности, статистика, сравнение, наблюдение.
Результаты исследования: указана необходимость повышения уровня субиндекса доступности, даны рекомендации по усилению позиций страны по этому показателю.

Ключевые слова: глобальная продовольственная безопасность, индекс, субиндекс, индикатор, потеря еды, еда, потенциал урбанизации, наличие еды.