UOT:33
https://doi.org/10.30546/3006-0346.2025.3.87.612
Günel İsayeva
Naxçıvan Dövlət Universtieti
“Bələdiyyə və turizm” kafedrasının baş müəllimi,
“İqtisadiyyat və marketinq” kafedrasının dissertantı
E-mail: [email protected]
Orcid id: 009-0004-3321-0714
ı anlayışı yalnız nəqliyyatın təşkili ilə məhdudlaşmayıb, həm də turizm marşrutlarının planlaşdırılması, xidmətlərin əlaqələndirilməsi, informasiya axınının təmin edilməsi və regionlar üzrə infrastrukturun səmərəli şəkildə yönəldilməsi kimi komponentləri özündə ehtiva edir.
Məqalədə turizm logistikasının təşkilində və idarə olunmasında beynəlxalq təcrübələrin müqayisəli təhlili aparılmış, müxtəlif ölkələrin uğurlu modelləri kontekstində Azərbaycanın mövcud potensialı qiymətləndirilmişdir. Həmçinin, Türkiyənin regionlararası inteqrasiya siyasəti və sərhədyanı turizm infrastrukturunun formalaşdırılması təcrübəsi, eləcə də Yaponiyanın mədəni irsin müasir texnoloji yanaşmalarla vəhdət təşkil edən logistik strukturları ətraflı təhlil edilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, Çin Xalq Respublikasının geniş turizm bazarı və bu ölkənin beynəlxalq nəqliyyat-logistika zəncirində artan rolu fonunda Azərbaycan üçün yeni regional imkanlar yaranır. Azərbaycanın İpək Yolu üzərində yerləşməsi və Orta Dəhliz strategiyasındakı mövqeyi, Çin bazarına istiqamətlənmiş turizm-logistika məhsullarının hazırlanmasına zəmin yaradır.
Nəticə etibarilə, turizm logistikasında beynəlxalq təcrübələrin öyrənilməsi və yerli xüsusiyyətlərə uyğun şəkildə tətbiqi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında dayanıqlı turizm sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Əraziyə uyğunlaşdırılmış nəqliyyat infrastrukturunun qurulması, turizm klasterlərinin yaradılması və xidmətlərin koordinasiyalı təşkili bu sahədə prioritet istiqamətlər kimi müəyyən edilmişdir.
Açar sözlər: turizm; turizm logistikası; beynəlxalq təcrübələr; Qarabağ; Şərqi Zəngəzur.
Gunel Isayeva
Summary
The concept of tourism logistics extends beyond the mere organization of transportation; it also encompasses the planning of tourism routes, the coordination of services, the provision of information flows, and the efficient allocation of infrastructure across regions. This article conducts a comparative analysis of international experiences in the organization and management of tourism logistics, assessing Azerbaijan’s existing potential within the context of successful models implemented in various countries. The study highlights Turkey’s experience in interregional integration policies and the development of cross-border tourism infrastructure, as well as Japan’s logistics structures that harmonize cultural heritage with modern technological approaches. Notably, the paper emphasizes that China’s large-scale tourism market and its growing role in international transport-logistics chains present emerging opportunities for Azerbaijan. The country’s strategic location along the Silk Road and its involvement in the Middle Corridor initiative provide a solid foundation for developing tourism-logistics products tailored to the Chinese market.
Ultimately, the study concludes that the adaptation of international best practices to local conditions is of critical importance for building a sustainable tourism system, especially in the territories liberated from occupation and in the Nakhchivan Autonomous Republic. The establishment of transport infrastructure tailored to the geographic context, the development of tourism clusters, and the coordinated organization of services are identified as key strategic priorities in this field.
Keywords: tourism; tourism logistics; international experiences; Karabakh; Eastern Zangazur.
Гюнель Исаева
Резюме
Понятие туристической логистики выходит за рамки организации только транспортных средств и включает в себя планирование туристических маршрутов, координацию услуг, обеспечение информационного потока и эффективное распределение инфраструктуры по регионам.
В статье проведён сравнительный анализ международного опыта в сфере организации и управления туристической логистикой, а также дана оценка существующего потенциала Азербайджана в контексте успешных моделей, реализованных в различных странах. В частности, рассмотрен опыт Турции в формировании трансрегиональной интеграционной политики и приграничной туристической инфраструктуры; Японии — в интеграции культурного наследия с современными технологическими подходами к логистике. Особо подчёркнуто, что широкий туристический рынок Китайской Народной Республики и её растущая роль в международных транспортно-логистических цепочках открывают новые региональные возможности для Азербайджана. Геостратегическое расположение страны на Великом Шёлковом пути и её участие в реализации концепции Среднего коридора создают основу для разработки турпродуктов, ориентированных на китайский рынок.
В результате подчёркивается, что изучение международного опыта и его адаптация к местным особенностям имеет важное значение для формирования устойчивой туристической системы, особенно в освобождённых от оккупации территориях и в Нахичеванской Автономной Республике. Приоритетными направлениями определены развитие транспортной инфраструктуры с учётом географических условий, создание туристических кластеров и координированная организация услуг.
Ключевые слова: туризм; туристическая логистика; международный опыт; Карабах; Восточный.