Azərbaycanda yaşıl iqtisadiyyatın maliyyələşmə mənbələri

Post image

UOT 330.341.1
https://doi.org/10.30546/3006-0346.2025.3.87.618

Əfsanə Cəfərova
Azərbaycan Dövlət İqtisad Universiteti,
dissertant
E-mail: [email protected]
https://orcid.org/0009-0002-3465-4486

Xülasə
Müasir dövrdə iqlim dəyişiklikləri və ekoloji tarazlığın pozulması iqtisadiyyatların dayanıqlı inkişaf modelinə keçidini zəruri etmişdir. Bu kontekstdə yaşıl iqtisadiyyat anlayışı – ekoloji cəhətdən davamlı, resurs effektiv və aşağı karbon emissiyalı inkişaf strategiyası – milli iqtisadi siyasətlərin əsas istiqamətlərindən birinə çevrilmişdir. Yaşıl iqtisadiyyatın effektiv şəkildə formalaşdırılması və inkişafı isə əsasən onun maliyyələşmə mexanizmlərindən asılıdır. Bu məqalədə Azərbaycanda yaşıl iqtisadiyyatın maliyyə təminatı məsələləri ətraflı təhlil olunur, mövcud maliyyə mənbələri (dövlət büdcəsi, beynəlxalq donorlar, kommersiya bankları, yaşıl fondlar və yaşıl istiqrazlar) sistemli şəkildə analiz edilir. Məqalə çərçivəsində qeyd olunur ki, yaşıl iqtisadiyyatın davamlı inkişafı üçün yalnız dövlət resurslarına əsaslanmaq yetərli deyil, ona görə də alternativ maliyyə alətlərinin və institusional mexanizmlərin tətbiqi zəruridir. Beynəlxalq təcrübə ilə müqayisəli yanaşma əsasında, Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün mövcud imkanlar və struktur problemlər müəyyənləşdirilir. Həmçinin yaşıl istiqrazların tətbiqi, dövlət-özəl tərəfdaşlığı, ekoloji vergi və subsidiyalar, yaşıl kreditlər və beynəlxalq donor təşkilatların rolu kimi amillər diqqət mərkəzinə çəkilir. Məqalənin nəticəsi olaraq yaşıl maliyyələşmənin institusional əsaslarının gücləndirilməsi, hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə bazarlarında yaşıl alətlər üzrə şəffaflığın artırılması istiqamətində təkliflər irəli sürülür.

Açar sözlər: yaşıl iqtisadiyyat, yaşıl maliyyə, davamlı inkişaf, maliyyələşmə mənbələri.

Afsana Jafarova;
Doctoral Candidate, UNEC
E-mail: [email protected]
https://orcid.org/0009-0002-3465-4486

Sources of Financing for the Green Economy in Azerbaijan

SUMMARY
In the modern era, climate change and environmental imbalance have necessitated a shift towards sustainable development models in national economies. In this context, the concept of a green economy — an ecologically sustainable, resource-efficient, and low-carbon development strategy — has become one of the primary directions of national economic policies. The effective formation and development of a green economy largely depend on its financial support mechanisms. This article provides a detailed analysis of the financing sources for the green economy in Azerbaijan, including state budget allocations, international donors, commercial banks, green funds, and green bonds. It is argued that relying solely on public funding is insufficient for the long-term sustainability of green initiatives; thus, the implementation of alternative financing tools and institutional mechanisms is essential. Through a comparative approach with international practices, the article identifies the current opportunities and structural challenges in financing green projects in Azerbaijan. Special attention is paid to the role of green bonds, public-private partnerships, environmental taxes and subsidies, green loans, and international donor organizations. The article concludes with proposals aimed at strengthening the institutional foundations of green financing, improving the legal and regulatory framework, and enhancing transparency in green financial instruments.

Key words: green economy, green finance, sustainable development, financing sources.

Aфсана Джафарова;
Аспирант, UNEC;
E-mail: [email protected]
https://orcid.org/0009-0002-3465-4486

Источники финансирования зеленой
экономики в Азербайджане

Резюме
В современную эпоху изменения климата и нарушение экологического баланса требуют перехода к устойчивым моделям развития в национальных экономиках. В этом контексте концепция "зелёной экономики" — экологически устойчивой, ресурсосберегающей и низкоуглеродной стратегии развития — становится одним из приоритетных направлений государственной экономической политики. Эффективное формирование и развитие зелёной экономики во многом зависит от механизмов её финансирования. В данной статье подробно анализируются источники финансирования зелёной экономики в Азербайджане, включая государственный бюджет, международные доноры, коммерческие банки, зелёные фонды и зелёные облигации. Указывается, что опора только на государственные ресурсы недостаточна для устойчивого развития экологических инициатив; необходимо внедрение альтернативных финансовых инструментов и институциональных механизмов. На основе сравнительного анализа с международным опытом в статье выявляются существующие возможности и структурные проблемы в сфере финансирования зелёных проектов в Азербайджане. Особое внимание уделяется роли зелёных облигаций, государственно-частного партнёрства, экологических налогов и субсидий, зелёных кредитов и международных организаций-доноров. В заключение приводятся рекомендации по укреплению институциональных основ зелёного финансирования, совершенствованию правового регулирования и повышению прозрачности зелёных финансовых инструментов.

Ключевые слова: Зелёная экономика, зелёное финансирование, устойчивое развитие, источники финансирования.

PDF