Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışarkən ilk növbədə ermənilərin Azərbaycanda məskunlaşdırılması məsələsinə diqqət yetirmək zərurəti meydana çıxır. Məsələ burasındadır ki, ermənilər Azərbaycana xeyli sonralar köçürülüb. Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda bir nəfər də olsun erməni yaşamamışdır. Onların bu ərazidə məskunlaşdırılması Rusiya imperiyasının həmişə özəl siyasi maraqlarına xidmət etmişdi. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı. Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirmək barədə düşünməyə başladı. Lap qədimdən XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən qəsb olunana qədər bu region müxtəlif Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuşdur.[1.s.5]
1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xan və Rus imperatoru Sisianov arasında Kürəkçay müqaviləsi imzalandı. Bu müqavilə ilə Qarabağ xanlığı Rusiyanın hakimiyyəti altına keçdi [9]. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı [28.s,59]. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu. Ermənilərin Qafqazda məskunlaşdırılması müxtəlif dövrlərdə mərhələli şəkildə həyata keçirilmişdir. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalamışdır. “Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında” adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilmiş və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunmuşdu. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir. Bununla da, əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828-1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olmuşdur. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı. Məşhur rus statistiki İ. Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşamışdır. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişmişdi. Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilmişdir. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər.
28 May 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) qurulduğu elan edildi. Elə həmin gün Ermənistan Respublikası yaradıldı. Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsinin 1-ci maddəsində qeyd olunurdu: “bu gündən etibarən Azərbaycan xalqı suveren hüquqlara malik olacaqdır. Şərqi və Cənubi Qafqazı əhatə edən Azərbaycan hüquqi müstəqil dövlətdir”.
1919-cu ilin aprel ayında müttəfiq dövlətlər ADR hökuməti tərəfindən 1919-cu ilin yanvarında təsis edilmiş, mərkəzi Şuşa şəhəri və qubernatoru Xosrov bəy Sultanov olmaqla Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını özündə birləşdirən Qarabağ general-qubernatorluğunu Azərbaycanın yurisdiksiyası daxilində tanıdılar. 1919-cu ildə Dağlıq Qarabağın erməni Milli Assambleyası Azərbaycanın hakimiyyətini rəsmən tanıdı. Bu faktın özü ermənilərin Dağlıq Qarabağın “müstəqil hüquqi şəxs” və ya “müstəqil siyasi vahid” statusu olduğuna dair iddialarını tamamilə inkar edir.
Britaniyalı jurnalist Skotland-Liddel 1919-ci ildə Şuşadan Londona məktubunda yazırdı: “Qarabağa sülh gəldi. Ermənilər Azərbaycan hökumətinə itaət etməyə razılaşdılar ... Ermənilərin mənə dediyinə görə, Şuşa və Qarabağda əvvəllər heç vaxt belə bir nizam və sülh olmamışdır”. O, həmçinin əlavə edir ki, “hər iki xalq həyat tərzini dinc şəkildə davam etdirməyə hazırdır və təxribatçıların müdaxiləsi olmayanadək bu belə də davam edər. İnanıram ki, ermənilər Zaqafqaziyanın digər hissələrində ermənilər erməni-tatar (Azərbaycan) qırğınının səbəbkarıdır. Təbliğata gəldikdə isə, erməni təbliğatçısı vicdanla işləyir, amma əminəm ki, onların Zaqafqaziyadakı fəaliyyəti sadəcə təxribatdır”.
1920-ci ildə Azərbaycan bolşevik Rusiyasının tərkibinə salındıqdan sonra erməni millətçilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddialarına cavab olaraq, 5 iyul 1921-ci il tarixində Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosu müsəlmanlar ilə ermənilər arasında milli sülhün təmin edilməsi zərurətini, Yuxarı və Aşağı Qarabağ arasında iqtisadi əlaqələrin, həmçinin Yuxarı Qarabağın Azərbaycanla daimi təmaslarının vacibliyini nəzərə alaraq, Dağlıq Qarabağın Azərbaycan Sovet Sosialist Respublikası sərhədlərində saxlanılması və Şuşa şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağa geniş muxtariyyət verilməsi barədə qərar qəbul etmişdir. 7 iyul 1923-cü il tarixində Qarabağın dağlıq hissəsində Xankəndi şəhəri inzibati mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı[19.s,308]. DQMV idarəetmənin bütün əsas elementlərinə sahib idi. 1923-cü ilin sentyabr ayında Xankəndi şəhərinin adı dəyişdirilərək, bolşevik lideri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. [20.s,34]. Lakin həmin dövrdə Ermənistanda kompakt şəkildə yaşayan 300 minə qədər azərbaycanlıya isə istər SSRİ-nin mərkəzi hökuməti, istərsə də Ermənistan SSR hökuməti tərəfindən mədəni muxtariyyət verməkdən belə imtina edilmişdir [9]. Lakin ermənilər bununla da Dağlıq Qarabağla bağlı separatçılıq fəaliyyətindən əl çəkmədilər. 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, bunun əsasında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibliyi Ermənistan və Azərbaycana bu barədə məsələ hazırlamağı tapşırmışdı. Erməni separatçıları belə hesab edirlər ki, buna Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi katibi M.Suslov mane olmuşdur. 1969-cu ildə Heydər Əliyevin Azərbayan rəhbərliyinə gəlməsi ilə onun cəsarətli və qətiyyətli mövqeyi sayəsində ermənilərin separatçılıq təşəbbüsləri və bu niyyətlə Mərkəzdə göstərdikləri “fəaliyyət” uzun müddət heç bir nəticə vermədi. SSRİ-nin 1977-ci il Konstitusiyasının qəbulu zamanı da ermənilər eyni inadla bu problemi ortaya atmağa çalışdılar. Lakin bu dəfə də heç nəyə nail ola bilmədilər. H.Əliyevin qətiyyəti sayəsində onun Azərbaycana rəhbərliyi (1969-1982) və SSRİ rəhbərlərindən biri olduğu dövrdə (1982-1987) erməni separatçılarının niyyətlərinin canlanmasına yol verilmədi [16].
SSRİ kimi nəhəng bir dövlətin qanunverici orqanın qərarının yerinə yetirilməməsinin nə demək olduğunu başa düşmək çətin deyil. Lakin Heydər Əliyev öz xalqının milli maraqları naminə böyük riskə gedərək Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsinin qarşısını aldı. Buna baxmayaraq, 1986-cı ildə Azərbaycan rəhbərliyinin etinasız münasibəti ucbatından bəzi ərazilər Ermənistana birləşdirildi. 1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətinin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Ermənilərin Qarabağ iştahasının qarşısında dayanan əsas maneə aradan götürülmüşdü, planın qalan hissəsinin həyata keçirilməsi texniki xarakter daşıyırdı. 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. 20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. 22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir. 10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və bu baxımdan Azərbaycandakı kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində deyildi. Şübhəsiz ki, ermənilərin təcavüzkar siyasətinin həyata keçməsində məhz kənar qüvvələrin dəstəyi daha böyük rol oynamışdır. Bu mənada o vaxtkı SSRİ rəhbərliyinin səyləri xüsusilə qabarıq şəkildə nəzərə çarpırdı. 1990-cı ildə Sovet ordusunun Bakıda keçirdiyi əməliyyatlar bunu bir daha təsdiqlədi [21]. Dağlıq Qarabağın Ermənistana ilhaqına etiraz əlaməti olaraq keçirilən mitinqlər sovet əsgərlərinin güllələri ilə yatırıldı. Bu hərbi akt zamanı yüzlərlə azərbaycanlı qətlə yetirildi. Şəhərdə bir neçə ay davam edən fövqəladə vəziyyət rejimi elan olundu. Bütün bunlar Azərbaycan xalqının mübarizlik əzmini qırmaq, onun azadlıq ideyalarına inancını sarsıtmaq və Qarabağın Ermənistana ilhaqı prosesinə yardım göstərmək məqsədi daşıyırdı. Bu qanlı hadisələr zamanı xalq yenidən respublika rəhbərlərinin biganəliyinin şahidi oldu. Yenə də məhz Heydər Əliyev bu terror aktına açıq etirazını bildirdi. 1990-cı il yanvarın 21-də onun Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı bütün dünya dinlədi. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi. 20 Yanvar faciəsindən sonra erməni hərbi birləşmələrinin cəbhə xəttində fəallığı bir qədər də artdı. Bir-birinin ardınca işğal olunan kəndlər, rayonlar Qarabağın qarış-qarış itirildiyinə dəlalət edirdi. 1991-ci ilin fevral ayında Azərbaycan Ali Sovetinin sessiyasında Heydər Əliyev hamını bu adi gerçəkliyi etiraf etməyə çağırırdı: “Hesab edirəm ki, “Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması” - məsələnin dar çərçivədə qoyulması deməkdir. “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması” - məsələ belə qoyulmalıdır. Biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq”. Bu, təkcə parlamentdə aparılan müzakirələrin istiqamətinə etiraz əlaməti deyildi.
Heydər Əliyev cəmiyyəti mövcud reallıqlardan xəbərdar etməyə çalışırdı. Həmin reallıq isə bundan ibarət idi ki, Azərbaycan hakimiyyətinin siyasi laqeydliyi ucbatından Qarabağ itirilib və bu reallığı anlamaq, bütün perspektiv fəaliyyəti onun dəyişdirilməsinə hesablamaq lazımdır. Heydər Əliyev həmin sessiyada deyirdi: “Biz gərək təhlil edək: nə cür oldu ki, Dağlıq Qarabağı əldən verdik!” Kifayət qədər maraqlı və haqlı sual idi. Amma şübhəsiz ki, A. Mütəllibovun rəhbərlik etdiyi siyasi komanda bu sualın cavabının araşdırılmasında maraqlı ola bilməzdi[25].
30 avqust 1991-ci ildə Azərbaycanın Ali Soveti dövlət müstəqilliyinin bərpasını elan etdi. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi. 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. 30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi. 14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi. 11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi[5]. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.
1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavırə (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı. 12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. 23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi. 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.
Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir. BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır. Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır. 1996-cı ilin 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etmiş, lakin Ermənistan bu prinsipləri qəbul etməmiş və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət olmuşdur. ATƏT-in fəaliyyətdə olan sədri sözügedən prinsipləri ehtiva edən bəyanatla çıxış etmişdir. Həmin prinsiplər aşağıdakılardır:
-Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;
-Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək səviyyəli özünüidarəetməni nəzərdə tutan öz müqəddəratını təyinetmə sazişi əsasında Dağlıq Qarabağın hüquqi statusu;
-Nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyinə dair qarşılıqlı öhdəliklər daxil olmaqla Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə zəmanət. [9]
Lissabon sammitindən sonra 1997-ci il 1 yanvar tarixindən ATƏT Minsk konfransına Fransa, Rusiya və ABŞ həmsədrlik etməyə başlamışdır (1992-ci ildən Minsk konfransına İtaliya (1992-1993), İsveç (1994), Rusiya və Finlandiya (1995-1996) sədrlik etmişlər).
1997-ci ilin 1 iyun tarixində həmsədrlər münaqişənin nizamlanmasına dair hərtərəfli saziş layihəsini təqdim etmişdirlər. Azərbaycanın sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məsləhətləşmələrə başlamağa hazır olmasına baxmayaraq, erməni tərəfi təklif olunan yanaşmanı rədd etmişlər. 1997-ci ilin sentyabrında həmsədrlər münaqişənin “mərhələli həlli”nə əsaslanan yeni təklif təqdim etmişdirlər. Bu təkliflər ilk mərhələdə Dağlıq Qarabağın ətrafındakı rayonların işğaldan azad olunması, ATƏT-in sülhyaratma əməliyyatlarının başlaması, köçkünlərin azad olunmuş ərazilərə qayıtması və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını nəzərdə tuturdu. İkinci mərhələdə Laçın dəhlizi və Şuşa şəhəri, həmçinin Dağlıq Qarabağın statusu məsələləri həll olunmalı və nəticədə ATƏT-in Minsk konfransı çağırılmalı idi. 1997-ci ilin 10 oktyabr tarixində Strasburqda Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış edərək, həmsədrlərin son təkliflərinin Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi üçün ümidverici baza olduğunu bildirmişlər. Lakin 1998-ci ilin fevral ayında Ermənistan prezidenti Levon Ter-Petrosyanın istefası və 1998-ci ilin mart ayında Robert Köçəryanın hakimiyyətə gəlişindən sonra həmsədrlərin bölgəyə növbəti səfəri zamanı Ermənistan rəsmi olaraq, münaqişənin “mərhələli” həlli təkliflərinə dair razılığını geri götürmüşdür.
1996-cı ildən 2016-cı ilədək dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində çoxsaylı görüşlərin keçirilməsi Ermənistan tərəfinin məsələyə qeyri konstruktiv münasibətini bir daha təsdiqləmişdir.
2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya, Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib. 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında böyük bərpa və quruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur. Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistan hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirilmiş, bir nəfər isə ağır yaralanmışdır. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.[9]
2019-cu ilin 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün görüşü baş tutmuşdur. Gorüş əvvəlcə təkbətək keçirilib, daha sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam etmişdir.
2019-cu ilin 15 aprel tarixində Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak etmişdir. Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini, danışıqlar prosesinin irəli aparılmasını, münaqişə zonasında gərginliyin azaldılmasını, həmçinin KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində addımların atılması müzakirə edilmişdir. 2019-cu ilin 20 iyun tarixində Vaşinqton şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilmişdir. Görüşdə həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrləri iştirak etmişdir. Görüş zamanı nazirlərin bundan öncəki Paris və Moskva görüşləri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə edilmişdir. 2019-cu ilin 23 sentyabr tarixində Nyu York şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilmişdir. Görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirilməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə fikir mübadiləsi aparılmışdır.
2019-cu ilin 5 dekabr tarixində ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin ilə görüşü keçirilmişdir. 3 saat yarımdan çox davam edən görüş zamanı tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr apardılar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəlmişdirlər.[9]
2020-ci ildə Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr hətta Ermənistan tərəfindən birmənalı qarşılanmadı. Ermənistanın Azərbaycana hərbi təzavüzündən sonra ilk dəfə idi ki, beynəlxalq səviyyədə belə bir formatda açıq diskussiya keçirilirdi. Azərbaycan lideri İlham Əliyevin debatda fərqli olaraq tarixi faktlara əsaslanması, problemə məntiqi yanaşması, intellektual potensialı ilə auditoriyanı ələ alması, müzakirələr zamanı Nikol Paşinyandan arqumentli danışması, tərəf müqabili üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmayıb. Bu ölkənin “Tert.am” saytı bir neçə aparıcı ekspertin iştirakı ilə Münxen debatında Paşinyanın və Əliyevin arqumentlərini incələyib. Ermənistanın “Tert.am” saytının müzakirəsində iki ölkə rəhbərinin Münxen debatı ilə bağlı daha sonra bildilirib ki, Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan, görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağın maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi. Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlarda tələbini açıq şəkildə ortaya qoydu, Paşinyan isə növbəti dəfə bunu edə bilmədi. Erməni saytında deyilir: “Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun dönüşünü, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir. Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münxendə” [26].
Münaqişənin həll edilməsində hərb yolunun istisna edilməməsi Azərbaycanın hərbi cəhətdən son dövrdə güclənməsinin nəticəsi olaraq qiymətləndirilirdi.
Arxada qalan hər bir il ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi ilə əlamətdar olur. Və bu inkişaf paralel şəkildə digər sahələrin inkişafına, o cümlədən ordumuzun döyüş imkanlarının artırılması istiqamətində qarşıya qoyulan vəzifələrin daha sürətlə həyata keçirilməsinə təkan verdi. Güclü ordu dövlətin və xalqın təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Ona görə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daim artırılması torpaqlarımızın işğal altında qaldığı bir vaxtda təbii olaraq qarşıda dayanan ən əsas vəzifədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Bu istiqamətdə Heydər Əliyevin başlatdığı işləri layiqincə davam etdirən ölkə rəhbərinin qarşıya qoyduğu vəzifə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılmasıdır. Artıq bu istiqamətdə son 16 ildə möhtəşəm nailiyyətlərə imza atılıb. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bu dövrdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəldilmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Ordunun döyüş imkanlarının artırılması sahəsində diqqət yetirilən əsas məsələlərdən biri isə modernləşmə, yəni ən son hərbi texnologiyaların silahlanmaya cəlb edilməsidir. Bu baxımdan indiyədək keçirilən möhtəşəm paradlarda nümayiş etdirilən silah və texnikalar Silahlı Qüvvələrimizin həm güc və qüdrətini, həm də modernləşdiyini təsdiqləyir. Bu paradlar həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Hazırda Azərbaycan Silahlı Qüvvələri regionun qüdrətli hərbi gücüdür. Ən mühümü odur ki, ölkəmiz işğalçı Ermənistan qarşısında əzici üstünlüyə malikdir. Bunu ötən illərdə baş vermiş bir sıra hadisələr də təsdiqləyir. 2014-cü ilin avqust hadisələri, 2016-cı ilin aprel döyüşləri və nəhayət 2017-ci il Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqi idi. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verdi ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edilsin və istənilən tədbir görülsün. Hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda var. Bunun nəticəsidir ki, Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Məsələn, bu günlərdə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinin açıqladığı dünyanın ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələri də yer alır. Mərkəzin dünyanın 137 ölkəsinin hərbi gücü ilə bağlı araşdırmasına əsasən, Azərbaycan 52-ci yerdə qərar tutub. Bununla yanaşı, Azərbaycan tank və zirehli maşınlar, raket və artilleriya sistemləri göstəricilərinə görə siyahıda daha da qabaqdadır. Belə ki, “Global Firepower” hesab edir ki, Azərbaycan Ordusu tanklarına görə dünyada 32-ci, zirehli döyüş maşınlarına görə 41-ci, özüyeriyən artilleriyaya görə 27-ci, raket sistemlərinə görə isə 21-ci yerdədir. Bu siyahıda ölkəmiz Qazaxıstan, Macarıstan, Avstriya, Çili, Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Filippin, Portuqaliya, Belçika, Yeni Zelandiya kimi qabaqcıl ölkələrdən irəlidədir. Cənubi Qafqaz regionundan Gürcüstan 85-ci, işğalçı Ermənistan isə 96-cı yerləri tutublar. Təbii ki, hər bir ordunun gücü həm də onun şəxsi heyətinin mənəvi-psixoloji durumunun yüksək səviyyədə olmasından asılıdır. Fəxarət hissi ilə qeyd etməliyik ki, Azərbaycan Silahlı Qüvvələrində rütbəsindən asılı olmayaraq xidmət keçən hər bir şəxs öz hərbi borcunu layiqincə yerinə yetirir. Ordumuzda fərarilik halı isə ümumiyyətlə yoxdur. Bundan başqa, ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi Azərbaycanda istehsal olunan silah-sursat növləri öz göstəricilərinə görə fərqlənir və bir sıra orduların arsenalında yer alır.
Azərbaycanda Ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO- ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini verməkdədir. Hazırda Azərbaycan ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir, ordunun maddi - texniki bazası möhkəmləndirilir. Yüksək ixtisaslı milli hərbi kadr hazırlığı istənilən məkan və zaman şəraitində ordu quruculuğu prosesinin obyektiv tələbidir. Hərbçi peşəsinin incəliklərinə yiyələnmiş zəruri sayda peşəkar kadr olmadan ordu quruculuğu kimi çətin bir işi uğurla həyata keçirmək mümkün deyil. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə yaradılan C.Naxçıvanski adına Hərbi Liseyi və Naxçıvan Muxtar Respublikasında yaradılan Heydər Əliyev adına Hərbi Liseyi ötən illər ərzində minlərlə gənc bitirərək ali hərbi məktəblərə daxil olmuş və böyük ordu həyatına vəsiqə almışlar.
Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəblərində, kolleclərində və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Hərbçilərimiz sülhməramlı, humanitar və digər çoxmillətli təlimlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda və hal-hazırda isə Əfqanıstanda NATO-nun, Koalisiya Qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilmişdir.
2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət proqramı NATO Baş katibinə təqdim edilmişdir. Bu proqram 2005 -ci ilin may ayında NATO tərəfindən təsdiq edilmiş və onun icrasına başlanmışdır. Son illərdə NATO-nun müxtəlif tədbirlərində Azərbaycan Silahlı Qüvvələrinin yüzlərlə nümayəndəsi iştirak etmişdir.
Azərbaycan Ali Hərbi Məktəbində “NATO - Sülh naminə tərəfdaşlıq” kafedrası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində isə Sülh Naminə Tərəfdaşlıq Milli Təlim Mərkəzi yaradılmışdır. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə təcrübə mübadiləsi aparmaq, mühazirələr oxumaq və seminarlar keçirmək məqsədilə Respublikamıza vaxtaşırı NATO-nun müxtəlif komandanlıqlarından, strukturları və idarələrindən hərbi nümayəndə heyətləri gəlir. NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində respublikamızda bir neçə çoxmillətli komanda-qərargah təlimləri keçirilmişdir. “Kooperativ Determineyşn”, “Regional cavab -2009” kimi təlimlərdə NATO üzvü və tərəfdaş dövlətlərdən nümayəndələr iştirak etmişdir.
Ordumuzun möhkəmlənməsi istiqamətində Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması yeni mərhələnin əsasını qoydu. Azərbaycan bu gün nəinki hərbi əşya və arxa təminat təchizatçısıdır, artıq döyüş silahlarını da istehsal edir. Bu silahlar nəinki daxili tələbata yönəldilir, həm də dünya bazarlarına çıxarılır və ciddi rəğbətlə qarşılanır. Silahlı Qüvvələrimizin təminatının gücləndirilməsi, Dövlət büdcəsində hərbi xərclərin artırılması da əhəmiyyətli məqamlardandır. Məlum olduğu kimi Ermənistanın büdcəsi Azərbaycanla müqayisə edilə bilməz. Demək lazımdır ki, bu yanaşma problemin həllinə birbaşa təsir edir.
Azərbaycan dövlətinin qüdrətinin artması ilə paralel Azərbaycan Ordusunun da səviyyəsi yüksəlmişdir. Vaxtilə, Prezident İlham Əliyevin “Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabər olacaq” bəyanatı işğalçı ölkədə elə də ciddi qəbul edilmirdi. Onlar bunu sadəcə təbliğat hesab edirdilər. Ancaq aparılan işlər ölkə prezidentinin verdiyi bəyanatın həqiqiliyini sübut etdi. Artıq bir neçə ildir ki, Azərbaycanın hərbi büdcəsi 2 milyard dollara bərabərdir. Bu isə təxminən Ermənistanın dövlət büdcəsinə bərabərdir. Qeyd edim ki, bu ölkənin 2010-cu il üçün dövlət büdcəsi 2,2 milyard dollardır. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş, bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarının işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur. Təbii resursları kasad olan, militaristləşdirilmiş siyasət həyata keçirərək Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olmuşdur.
Azərbaycan xalqı isə öz qüdrətli dövlətini qurmağa, torpaqlarının bütövlüyünün təmin olunmasına çalışır. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu istiqamətdə apardığı iş müsbət nəticə verməkdədir və ölkəmizə daha da yeni uğurlar qazandıracaq. [13.s,2]
Prezident İlham Əliyev Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantaları qarşısında 2012-ci ildə çıxışı zamanı deyib: “... əfsuslar olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur. Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş vüsət alır. Belə olan halda, əlbəttə bizdə görürük ki, güclü olmasan, sənin hüquqların tapdanacaqdır.”[15]
Hərbi sahədə milli təhlükəsizliyin qorunmasında əsas rol orduya məxsusdur. Silahlı qüvvələrə göstrəilən qayğı və Azərbaycanın hərbi cəhətdən güçlənməsi Respublikanın konstitusyon hüquqları və o cümlədən beynəlxalq hüququn norma və prinsipləri ilə heç bir ziddiyət təşkil etmir. Ermənistan respublikası tərəfindən ərazisinin 20%-nin işğal altında saxlanılması və mövcud hərbi təhdidin daim mövcud olması, həmçinin regional geosiyasi vəziyyətin mürəkkəb olması, Azərbaycanın hərbi strategiyasında onun silahlı qüvvələrinin gücləndirilməsi, regionun ən güclü ordularından birinə çevrilməsini həyata keçirmək məsələsini ön plana çəkmişdir. Region üçün ən böyük təhdid isə Ermənistanın təcavüzkar siyasəti, erməni terroru və Dağlıq Qarabağda silahlı qrupların fəaliyyətini davam etdirməsidir. Bu fikirlər əsasında Cənubi Qafqazın təhlükəsizliyinin qlobal təhlükəsizlik kontekstində əsas məqamlarını müəyyənləşdirə bilərik. Məsələ Cənubi Qafqazın bir geosiyasi sistem olaraq özünütənzimləməyə nail olmasından ibarətdir. Bunun üçün isə yuxarıda vurğuladığımız təhlükə və təhdidlərin mənfi təsirlərini neytrallaşdırıb, regionda sabitliyi təmin edən mexanizmlərin səmərəliliyini artırmaq lazım gəlir. Onların sırasında indiki mərhələdə Ermənistanın sülhə məcbur edilməsi mexanizminin işə salınmasını zəruri hesab edilən məsələdir. Bu, region üçün yeni bir mexanizmdir. Lakin təcrübə göstərir ki, qlobal təhlükəsizlik kontekstində regionun təhlükəsizliyini təmin etməyin başqa yolu yoxdur. Həmin üsulun səmərəliliyi aprel müharibəsində açıq hiss edildi. Dərhal rəsmi İrəvan barış yolları axtarmağa başladı. Deməli, bu mexanizmin əsası qoyulub. Bundan sonra əsas təşəbbüs qlobal təhlükəsizlikdə ciddi rol oynayan böyük dövlətlərin təzyiqi faktorunun önə çıxmasının vacibliyindədir. Konkret desək, onlar Ermənistanı sülhə məcbur etməlidirlər. Deməli, Azərbaycan region ölkəsi kimi faktiki olaraq təhlükəsizliklə bağlı çoxşaxəli fəaliyyət göstərməklə öz funksiyasını layiqincə yerinə yetirir. Beləliklə, qlobal təhlükəsizlik kontekstində regional təhlükəsizlik sisteminin formalaşmasında ‘’sülhə məcburetmə’’ prinsipinin Azərbaycan formulunun mühüm bir özəlliyi vardı[18]. Lakin münaqişənin həll olunmasında bütün qeyd eilən labüd faklarla yanaşı hərbi cəhətdən güclənmənin də paralel olaraq müasir dünyada əhəmiyyət daşıdığını nəzərdən qaçırmaq olmaz. Son dövrdə Cənubi Qafqazın Regional təhlükəsizlik məsələsi Beynəlxalq manasibtlərdə çox aktual məsələlərdəndir. Dünyanın aparıcı dövlətlərinin müzakirələrinin bir hissəsini təşkil edən və hər zaman aktual olan Cənubi Qafqaz regionunun münaqişələri xüsusən də Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövzusunun, regionun geostrateji cəhətdən son dərəcə əhəmiyyətli olmasını göstərdi. Regionun üstün geostrateji mövqeyindən səmərəli istifadə etməklə, şərq-qərb nəqliyyat, beynəlxalq transmilli enerji lahiyələrinin həyata keçirilməsində ev sahibliyi və vasitəçiliyi Azərbaycan üçün eyni zamanda yeni təhlükəsizliyin qarantı olmaq məsuliyyətini yartmışdır. Azərbaycanın hərbi cəhətdən güclü olmaq strategiyası sadalanan beynəlxalq tranzit-enerji lahiyələrinin infrastrukturunun təhlükəsizliyinin həyata geçirilməsi, ona etibarlı və dayanıqlı beynəlxalq partnyor imicini qazandırmışdır. Beynəlxalq əhəmiyyətə malik mühüm lahiyələrin təhlükəsizliyində etibarlı və dayanıqlı tərəf müqabili öhdəliklərinin davamlı həyata keçirilməsi getdikcə Azərbaycanın nüfuzunu artırmış və Azərbaycanın hərbi cəhətdən güclənmək strategiyasının iki əsas səbəbini yaradmışdır:
1) Hərbi təhdid səbəbləri;
2) Geostrateji səbəblər:
Beləliklə məqalədə Azərbaycan Respublikasının məhz Cənubi Qafqaz regionunun və beynəlxalq enerji lahiyələrinin təhlükəsizliyi məqsədilə apardığı hərbi cəhətdən güclənmə siyasətinin birinci; hərbi təhdid səbəbini əsas götürməklə güc amilinin yüksək əhəmiyyət verildiyi müasir geosiyasət kontekstində, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunması imkanları təhlil edildi. Məhz bu səbəblərdən irəli gələn milli hərbi strategiya Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bərpa edilməsi ilə həll olunması proqnozlarını doğrultdu.
Digər tərəfdən də Azərbaycan ordusunun əməliyyat taktiki baxımdan hərbi strategiyaında yenilənmə baş verdi. Bu yenilənmə aprel 2016-cı ilədək olan düşmənlə bilavasitə təmas xəttində aktiv müdafiə hərbi strategiyasının, düşmənin təxribat xarakterli əməliyyatlarının qarşısının alınması və əks hücumların təşkili strategiyası ilə əvəzlənməsi ilə baş verdi. Qabaqlayıcı uğurlu əks hüçüm əməliyyatlarının gedişində Azərbaycan ordusunda müasir qoşun kəşfiyyatı məlumatlarının təhlilinin, taktiki monitorinq və qiymətləndirmənin, operativ qərar qəbuletmənin və idarəetmənin ən yüksək səviyyədə olmasını bir daha göstərdi. Düşmən Ermənistan ordusunun təxribat xarakterli hücumlarının qarşısının alınması üçün qabaqlayıcı əks hücumla işğal altında olan ərazilərimizin azad edilməsi strategiyası düşmənə qarşı “sülhə məcburetmə” əməliyyatının həyata keçirilməsi üçün qazanılmış təcrübə idi.
Azərbaycanda enerji infrastrukturu təkcə ölkənin özü üçün deyil, həm də Avropa Birliyi və NATO üçün eyni dərəcədə vacib olması məsələsinin də gündəmdə olmuşdur [30]. 2020-ci il 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədlərinin artilleriyalardan atəşə tutulması qarşı tərəfin məkrli siyasətinin bariz nümunəsidir. Ordumuzun əks hücum tədbirləri nəticəsində düşmən tərəf xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilib. Lakin atəşkəsin qoşunların təmas xəttində deyil, iki ölkə sərhədində pozulması haqlı olaraq Azərbaycan ictimaiyyətinndə sual doğurmuşdur. Ehtimal olunan variantlardan biri odur ki, Avropa ilə Azərbaycanı birləşdirən iri kommunikasiya xətləri məhz bu bölgədən keçməsi ilə bağlıdır. Dövlət sərhədinin Tovuz istiqamətində gərginlik yaranacağı halda Rusiya bura yaxınlaşma şansı qazanacaq və eyni zamanda Avropa Birliyi və Türkiyə üçün təhlükəsizlik problemi yaradır [31].
2020-ci ilin əvvəlindən başlayaraq Ermənistan rəsmiləri, baş naziri Nikol Paşinyan, bu ölkənin prezidenti Armen Sarkisyan, müdafiə naziri David Tonoyan, silahlı qüvvələrin baş qərargahının rəisi Onik Qasparyan və başqalarının işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər etmişlər. Avqustun sonunda da Ermənistanın müdafiə naziri David Tonoyan separatçıların başçısı Araik Arutunyanla hərbi əməkdaşlığı müzakirə etmişdir. Bunun ardınca Paşinyan Qarabağa gəlib separatçılarla hərbi məsələlərin müzakirəsini aparır, işğal altında olan torpaqlara köçkün adı altında terroristləri yerləşdirir. Bu şəkildə aqressivlik, qeyri konstruktiv bəyanatlar, Ermənistanın bir daha konfliktin həllində sülh danışıqları formatında münaqişənin həlli arzusunun olmadığını göstərdi. Belə halda BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələrinin 27 ildir icra olunmadığından, onun özü tərəfindən icra edilməsi üçün tam əsaslar yaranmışdır. Azərbaycan Respublikası öz silahlı qüvvələrindən və hərbi birləşmələrdən istifadə etməklə bu qətnmələrin icrasını həyata keçirərək Beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünü bərpa etmək üçün öz torpaqlarını işğalçı Ermənistanın silahlı və xarici muzdlu qüvvələrindən təmizləməyə başlaması qaçılmaz idi. Beləliklə Azərbaycan Respublikası öz silahlı qüvvələrindən və hərbi birləşmələrdən istifadə etməklə bu qətnmələrin icrasını həyata keçirərək Beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyünü bərpa etmək üçün öz torpaqlarını işğalçı Ermənistanın silahlı və xarici muzdlu qüvvələrindən təmizləməyə başlaması hüquqi və siyasi baxımdan zəruri addım idi. Hərbi strategiya baxımından da Azırbaycan buna hazır idi. 2020-ci ilin sentyabrın 27-də başlanan erməni təxribatı Azərbaycan ordusunun yuxarıda qeyd edilən hərbi strategiyaya uyğun olaraq əks hücumu ilə yaşayış məntəqələrinin ardıcıl olaraq işğaldan azad edilməsi əməliyyatı başlandı. 44 gün davam edən şiddətli döyüşlərdə Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz Suqovuşanı (keçmiş Madagez), Cəbrayıl və onun kəndlərini, Xocavənd şəhəri və kənlərini, Fizuli şəhəri və kəndlərini, Zəngilan şəhəri və kəndlərini, Qubadlı şəhəri və kəndlərini, həmçinin müqəddəs şəhərimiz olan Şuşanı düşməndən azad etmişdir. Beləliklə Ali baş Komandan, ordu və milli birlik Azərbaycan xalqını, öz torpaqlarına qovuşmaq üçün gözləıdiyi 30 illik arzusuna qovuşdurdu. 10 noyabr 2020-ci ildə Ermənistan Azərbaycan və Rusiya dövlət rəhbərlərinin iştirakı ilə üçtərəfli bəyanat imzalanmış, bu bəyanata görə Ermənistan baş naziri N.Paşinyan qısa müddətdə Azərbaycanın digər işğal olunmuş Kəlbəcər Ağdam və Laçın rayonlarının boşaldılıb Azərbaycana verməsini öhdəlik olaraq qəbul etmiş, bununla bağlı vaxt cədvəli ilə razılaşmaya imza atmışdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu bəyanat xalqımıza elan edilmişdır. Hüquqi baxımdan imzalanmış bu bəyanat Ermənistanın məğlubiyyətinin rəsmiləşdirilməsinin ilkin faza sənədi kimi qiymətləndirilir. 16 noyabr 2020-ci il tarixdə şanlı ordumuz tərəfindən işğaldan azad olunmuş rayonlara ilk dəfə səfər edən ölkə başçısı Prezident İlham Əliyev Fizuli və Cəbrayıl rayonlarında olmuş və düşmən tərfindən dağıdılmış bütün ərazilərin yaxın gələcəkdə bərpa olunacağını bildirmişdir. Ölkə başçısı həmçinin beynəlxalq və yerli mütəxəsislər tərəfindən yaşayış yerlərinə vurulmuş ziyanın qiymətləndiriləcəyini və buna görə Ermənistan tərəfinə təzminat iddiasının qaldırılmasını da öz çıxışında vurğulamışdır.
Daha sonra dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdiyi görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezident İlham Əliyev demişdir ki, “Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, “hərbi variant yoxdur” deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər” [32] .
Açar sözlər: milli təhlükəsizlik, regional təhlükəsizlik, hərbi doktrina, hərbi təcavüz, soyqırım, ərazi bütövlüyü, beynəlxalq aləm.
Ədəbiyyat siyahısı
1. http://www.ebooks.az/Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI Dağlıq Qarabağ münaqişəsi.
2. www.usinfo.state.gov/russki/topics/ terror/lol-jones.htm.ABŞ-ın dövlət departamentinin saytı, Beynəlxalq informasiya proqramları. Terrorizm 11.10.2001
3. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yekun Aktı. M., 1987.
4. BMT-nin nizamnaməsi, Nyu-york. 1998.
5. BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələri.
6. BMT TŞ-nın (1993) 29 iyul 1993-cü il tarixli 853 saylı qətnaməsi.
7. //http ://www. azerembassy. org.cn/rus/back_ecdam.html. aqressiyası nəticəsində Azərbaycana vurulmuş iqtisadi ziyan
8. KoacyuiKO E.CoBpeMeHHHH TeppopH3M. Minsk. 2003.
9. http://mfa.gov.az/az/content/111/munaqisenin-helli-prosesi
10. https://sesqazeti.az/news/kivdf/357060.html VAHİD ÖMƏROV
11. http://www.azerbaijan-news.az/view-171726/regionun-qudretli-herbi-gucu
12. Hərbi doktrina
13. Aydın Mirzəzadə, Milli Məclisinin deputatı, YAP Siyasi Şurasının üzvü Azərbaycan qəzeti- 2010. 11 aprel.
14. Dictionary of Military and Associated Terms (as ammended through 15 January 2012) US Department of Defence, The Joint Publication 1-02, Acessed 8 November 2010,
15. http://www.president.az/articles/5252 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı; Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş mərasim, 25 iyun 2012-ci il.
16. http://supremecourt.gov.az/static/view/173 AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu;
17. A.N.Abasbəyli. Dünya siyasəti. Bakı,2011.
18. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının / AZƏRTAC, 4 fevral 2012.
19. ASE. Cild III. Bakı, 1979.
20. ASE. Cild IX. Bakı, 1986.
21. https://mod.gov.az/az/20-yanvar-faciesi-414/
22. http://www.dtx.gov.az/news405.php]
23. Bakı, 7 iyun 2016 – Newtimes.az
24. Баранов Н.А. Международная безопасность и механизмы ее обеспечения // Лекции по курсу “Основы международной безопасности” / ‘’nicbar.ru’’).
25. http://www.meclis.gov.az/?/az/content/158
26. http://xalqqazeti.com/mobile/az/news/41481
27.Əli HəsənovAzərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları. Bakı 2016. 663 s.
28. Azərbaycan: Müstəqillik və tarixi irs. Bakı 2001. 117s
29. Смирнов Р.Организация в США военно-научной деятельности //http://pentagonus.ru/
30. www.Newtimes.az
31. https://aqreqator.az/az/siyaset/895512
32. https://president.az/articles/48908 Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 12 dekabrda ATƏT-in Misk qrupunun həmsdr ölkələrinin nümayəndələri ilə görüşündən.
Резюме
Аллахвердиев Рамиль Ариф
Армяно-Азербайджанский
нагорно-карабахский конфликт и военная стратегия Азербайджана
Военная политика укрепления безопасности в регионе Южного Кавказа и безопасности международных энергетических проектов урегулирование Армяно-Азербайджанского нагорно-карабахского конфликта в контексте современной геополитики, где силовой фактор приобретает все большее значение, Это еще больше увеличивает перспективы восстановления территориальной целостности Азербайджана.
Ключевые слова: национальная безопасность, региональная безопасность, военная доктрина, военное вторжение, геноцид, территориальная целостность, международное сообщество.
Summary
Allahverdiyev Ramil Arif
Armenian-Azerbaijani Nagorno-Karabakh
conflict and military strategy of Azerbaijan
Military strengthening policy for the security of the South Caucasus region and the security of international energy projects, In the context of modern geopolitics, where the power factor is increasingly given importance, Armenia and Azerbaijan further increase the prospects for resolving the Nagorno-Karabakh conflict and restoring Azerbaijan’s territorial integrity.
Key words: national security, regional security, military doctrine, military aggression, genocide, territorial integrity, the international community.